"İnsult keçirmiş xəstələrin reabilitasiyasına yeni yanaşma" mövzusunda elmi-praktik konfrans keçirilib  
24.10.2022 15:41
Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosasiyası, Milli Nevroloqlar Assosiasiyasının birgə təşkilatçılığı və Gəncə Beynəlxalq Xəstəxanasının dəstəyi ilə keçirilən "İnsult keçirmiş xəstələrin reabilitasiyasına yeni yanaşma" mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Aztibb.az xəbər verir ki, konfransın mahiyyəti insult keçirmiş xəstələrin müalicə və reabilitasiyasına olan ən son elmi praktik məlumatların region həkimlərinə (nevroloqlar, fizioterapevtlər, ailə həkimləri) çatdırılmasından ibarət olub.
Bu məqsədlə problemin müxtəlif sahələrinə həsr olunmuş məruzələr təqdim olunub.
 
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, t.ü.f.d. Pərvin Əkbərov "Azərbaycanda insultun reabilitasiyasının təşkili" mövzusunda, institutun elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova "İnsultdan sonra reabilitasiyaya yeni yanaşmalar" mövzusunda və digər elmi işçilər, həkimlər öz mövzularında müasir dövrdə Azərbaycanda dünya protokolları üzrə ən son məlumatları məruzə ediblər.
 
Konfransa Azərbaycanın müxtəlif bölgələrindən həkimlər də qatılıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər