“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrasına start verildi
24.10.2022 15:38
Ana ölümlərinin qarşısının alınmasına töhfə vermək məqsədilə Lənkəran rayonunda həyata keçirilməsi planlaşdırılan “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrasına start verilib.
Aztibb.az xəbər verir ki, iki il davam edən layihə çərçivəsində Lənkəran rayonunda ana ölümlərinin azaldılması istiqamətində bir sıra qabaqcıl strategiyaların tətbiqi nəzərdə tutulur. Pilot layihə mərkəzləşdirilmiş doğum şöbələri olan bir neçə yerli tibb müəssisəsində həyata keçiriləcək. Layihənin əsas fəaliyyətlərinə tibb personalının potensialın artırılması, klinik protokolların və metodik vasitələrin yenilənməsi üçün tövsiyələrin hazırlanması, eləcə də əhali arasında maarifləndirmə və təşviqat işinin təşkili daxildir.
Layihənin icrasına 24 oktyabr 2022-ci il tarixində Lənkəran rayon Perinatal Mərkəzində baş tutmuş açılış tədbiri ilə start verilib. Tədbiri giriş sözü ilə Lənkəran RMX PHŞ-in direktoru Ağabala Kəlbiyev açdı. İclasda BMT-nin Əhali Fondu, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, TƏBİB, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin nümayəndələri çıxış ediblər. Layihənin meneceri Könül Qaraşlı tədbir iştirakçılarına layihə haqqında ümumi məlumat verib. Layihənin qrup rəhbəri Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri Gülnarə Rzayeva layihə çərçivəsində görüləcək işlər barədə danışıb.
Görüləcək işlərin ilk mərhələsində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ekspert qrupu Lənkəran rayon Perinatal Mərkəzində və Ailə Sağlamlıq Mərkəzində maddi-texniki təchizat bazasının yoxlanılması, daha sonra isə bu müəssisələrinin tibb heyətinin bilik və bacarıqlarının artırılması istiqamətində silsilə tədbirlər həyata keçirəcək. Layihənin birinci mərhələsi 2022-ci ilin sonuna qədər icra olunacaq.
Başlıca məqsədi sözügedən regionda əngəllənə bilən ana ölümlərinin sayının azalmasına nail olmaq olan layihənin icrasına bu sahədə ixtisaslaşmış beynəlxalq ekspertlər rəhbərlik edir. Gələcəkdə layihənin icrasından əldə ediləcək müsbət nəticə və təcrübənin Azərbaycanın digər regionlarında da tətbiqi nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08

