Oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günüdür  
24.10.2022 10:09

Poliomielit insanın sinir sisteminə təsir edən və əzələ toxumasının iflici, atrofiyası, ölüm və ya əlilliyinə səbəb olan ən ağır virus xəstəliklərindən biridir. Hər il oktyabrın 24-də qeyd edilən Ümumdünya Poliomielitlə Mübarizə Gününün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək və həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdən ibarətdir.

 

Ümumdünya Poliomielitlə Mübarizə Gününün oktyabrın 24-nün seçilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün poliomielitə qarşı tapılan peyvəndin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqəlidir.

 

Poliomielit hava-damcı yolu ilə yayılan yoluxucu xəstəlikdir. Qısa müddət sonra öz təsirini göstərir, hərəkətin məhdudlaşması ilə müşahidə edilir. Adətən 15 yaşadək uşaqlar, nadir hallarda isə böyüklər yoluxa bilər. Daha çox 5 yaşınadək uşaqlar həmin xəstəlikdən əziyyət çəkirlər. Onun yeganə profilaktikası peyvənd olunmaqdır. Virusoloq Albert Seybin inaktivləşdirilmiş və canlı poliomielit əleyhinə vaksin hazırlayandan sonra 1988-ci ildə poliomielitə qarşı mübarizədə qlobal təşəbbüs yaranıb.

 

1995-ci ildən sonra ölkəmizdə poliomielit xəstəliyi qeydə alınmır. Azərbaycan 2002-ci ildə poliomielitdən azad region statusunu alıb. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Həmin təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini (OPV) ilə peyvənd edilməlidirlər.

 

Ölkəmizdə Səhiyyə Nazirliyinin tibb müəssisələrində bütün uşaqlara poliomielitə qarşı peyvənd dövlət hesabına edilir. Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet yaranır. Poliomielitə qarşı peyvənd uşağın 4-7-ci günlüyündə, sonra 2, 3, 4 və 18 aylığında aparılır. Hər uşaq 2 yaşınadək həmin peyvəndin beş dozasını qəbul etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib