Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib
24.10.2022 12:02
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin müdiri, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən daha bir uğurlu Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı uğurla həyata keçirilib. İki dəfə COVID-19 xəstəliyinə yoluxmuş, ciddi ağciyər problemləri olan 64 yaşlı pasiyentə ümumi anesteziya edilmədən və heç bir kəsik olmadan ürəyin aorta qapağı dəyişdirilib. Pasiyent iki gündən sonra evə yazılıb.
 
Qeyd edək ki, Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatını tibbin son nailiyyətlərindən biri adlandırmaq olar. TAVI proseduru alternativ cərrahi üsuldur. TAVİ yanaşı xəstəlikləri olan yaşlı insanlar, həmçinin, yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. Bu zaman xəstənin ürəyində açıq ürək əməliyyatı həyata keçirməyə ehtiyac olmur. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.
 
Həmçinin, TAVİ proseduru zamanı süni ürək qan dövranı tətbiq edilmir, prosedurdan sonra sağalma müddəti açıq ürək əmliyyatında olduğundan daha qısadır, ağırlaşma riski çox aşağıdır, əməliyyat qısa müddət ərzində başa çatır və xəstə 1-2 gündən sonra normal iş rejiminə qayıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib