Elmi konfransda bioetikanın tədrisi təcrübəsi və perspektivlərindən bəhs olunub
24.10.2022 11:32
Naxçıvan Dövlət Universitetində (NDU) “Tibbin aktual problemləri: postCOVID sindromunun speleoterapiyası” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev NDU-nun Tibb fakültəsinin yaranmasında və formalaşmasında məhrum akademik Adilə Namazovanın və onun rəhbərlik etdiyi Azərbaycan Pediatrlar Assosiasiyasının rolundan danışıb. Onların elmi kadrların hazırlanmasında, elmi-praktiki konfransların, seminarların, mühazirələrin mütamadi olaraq təşkilində, tibb kitabxanasının formalaşmasında və lazımi dərsliklərlə təmin edilməsində töhfəsi olduğunu deyib. Rektor universitetdə görkəmli alim, akademik Adilə Namazova adına xüsusi stipendiyanın təsis edildiyini də diqqətə çatdırıb.
Elbrus İsayev tanınmış alimlər - Azərbaycan Tibb Universitetinin (ATU) Allerqologiya və İmmunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyevanı və ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) prezidenti Təranə Tağı-zadəni tədbir iştirakçılarına təqdim edib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov səhiyyə turizminin dövlət büdcəsinin formalaşmasında rolundan danışıb. O, bu sahədə əsas obyektlərdən olan Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi və bir sıra müalicəvi bulaqların muxtar respublikanın vizit kartı hesab oluna biləcəyini deyib.
Tədbirdə professor Lalə Allahverdiyeva “Duzdağ Fizioterapiya Mərkəzində postCOVID sindromunun reabilitasiya müalicəsi” mövzusunda məruzəsini təqdim edib. Alim COVID-19 pandemiyasından sonra xəstələrdə postCOVID sindromunun müşahidəsi halları və bu xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələri barədə ətraflı məlumat verib.
“Azərbaycanda tibbi bioetikanın tarixi və inkişafı” mövzusunda çıxış edən APA prezidenti Təranə Tağı-zadə isə məruzəsində tibbi təhsil sistemində kliniki bioetikanın tədrisi təcrübəsi və perspektivləri barədə danışıb. Bioetika, normativ etika və deontologiya anlayışlarının elmi izahını verən məruzəçi insanlığın müasir dünyada yaşaması üçün potensial təhlükələrlə əlaqəli olan etik problemlərdən bəhs edib.
Konfransda Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin üzvlərindən Mətləb İbrahimov, Elmar Rzayev, Gültəkin Əliyeva, Nüsrət Həsənov, Etibar Bababəyli və digərləri əldə etdikləri yenilikləri iştirakçıların diqqətinə çatdırıblar.
Naxçıvan Dövlət Universitetinin “tədqiqatçı universitet” statusuna iddialı olduğunu vurğulayan rektor Elbrus İsayev bu sahədə tədqiqatçı alimlərin dünya təcrübəsinə əsaslanan araşdırmalarının mühüm rol oynadığını, tibb təhsilində davamlı inkişafın zəruri olduğunu qeyd edib.
Tədbirdə tibb sahəsində perspektiv inkişaf istiqamətləri, elm sahəsindəki yeniliklər, yeni yanaşmalar və yeni elmi faktlar təqdim olunub.

Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51