Gömrük Hospitalının həkimi “Bakı Beynəlxalq Ginekoloji konfransı”nda çıxış edib
24.10.2022 10:10
Mərkəzi Gömrük Hospitalının həkimi Təranə Bayramova “Bakı Beynəlxalq Ginekoloji konfransı”nda təqdimatla çıxış edib.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d., mama-ginekoloq Təranə Bayramova 20-22 oktyabr 2022-ci il tarixlərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə invaziv və endo-vizual ginekologiyanın aktual problemlərinə həsr edilmiş “Bakı Beynəlxalq Ginekoloji konfransı”nda iştirak edib.
 
Dr.Təranə Bayramova 20 oktyabr 2022-ci il tarixində Bakı Beynəlxalq Ginekoloji konfransının IV Panelində “Minimal invaziv ginekoloji cərrahiyyədə tikanlı tikiş sapların tətbiqinə dair təcrübələr” mövzusunda təqdimatla çıxış edib. Təranə həkim çıxışında endoskopik tikiş növləri, tikanlı tikiş saplarının aktuallığı, təktərəfli iynə, ikitərəfli iynə, tikanlı tikiş saplarının xüsusiyyətləri barədə geniş məlumat verib.
 
Dr.Təranə Bayramovanın çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib