Avropada ilk plastik əməliyyatdan 208 il keçir - ARAŞDIRMA
23.10.2022 16:55

208 il əvvəl 23 oktyabrda tarix səhnəsi ilk plastik əməliyyatda şahidlik etmişdi, o gündən bu günə inkişaf edən bu sahə barədə bir neçə faktı diqqətinizə çatdırırıq.

 

Aztibb.az xəbər verir ki, müasir plastik cərrahiyyə əməliyyatlarına bənzər əməliyyatlar hələ eramızdan əvvəl 600-cü ildə, Hindistanda Şusada Samqita tərəfindən zədələnmiş burunları bərpa edərkən həyata keçirilib. A.Başamın “Hindistan möcüzəsi” kitabında qeyd olunurdu ki: “Qədim hind həkimlərinin plastik əməliyyatları xüsusi diqqətə layiqdir - onlar döyüşdə və ya məhkəmə qərarı ilə itirilmiş və ya şikəst olmuş burunları, qulaqları və dodaqları bərpa edə bilirdilər. Bu sahədə hind cərrahiyyəsi 18-ci əsrə qədər Avropa cərrahiyyəsini qabaqlayırdı, o vaxta qədər Avropa cərrahları hindlilərdən rinoplastika sənətini öyrənməyi çalışırdılar"

 

Suşruta tərəfindən ətraflı təsvir edilən rinoplastika üsulu “Hindistan” üsulu adı ilə tarixə düşüb. Burnun bərpa edilməsi üçün bir dəri qapağı alnın və ya yanağın dərisindən damar pedikülündə kəsilirdi. 

 

Plastik cərrahiyyənin inkişafı barədə 15-ci əsrin sonlarına qədər hər hansı yazılı fakt yoxdur. 15-ci əsrin sonlarında isə siciliyalı Antoni Branca zədələnmiş qulaqları və dodaqlarını bərpa etmək üçün əl dərisindən istifadə etməyə başladığı barədə qeydlər nəzərə çarpır.

 

İtalyan Qaspar Tagliacozzi (1545-1599) müasir plastik cərrahiyyənin banisi hesab olunur. 1597-ci ildə o, əldən alınan toxuma parçalarından istifadə edərək zədələnmiş burunların bərpası haqqında traktat nəşr edib. Bununla belə, Tagliacozzinin fəaliyyəti müasirləri tərəfindən pislənirdi çünki onlar onun əməliyyatlarını qanunsuz hesab edib və təbiətə qarşı cinayət kimi qiymətləndirirdilər. 

 

23 oktyabr 1814-cü ildə cərrah Cozef Karpu Londonda "Hindistan" üsulu ilə Avropada ilk rinoplastika əməliyyatını həyata keçirib. Əməliyyatda uğurlu olan cərrah rinoplastikanın inkişafında yeni bir tarixi eranın əsası qoymuş sayılır.

 

Həmin andan plastik cərrahiyyə sürətlə inkişaf etməyə başladı. Burnun formasını dəyişmək, yarıq damağı bərpa etmək və s. əməliyyatlar uğurla həyata keçirilirdi. 19-cu əsrin sonlarında plastik cərrahiyyənin müxtəlif üsullarını təsvir edən yüzlərlə məqalə dərc edilmişdir.

 

Müasir plastik cərrahiyyənin inkişafına səbəb olan, sürətli tərəqqiyə təkan verən şeylərdən biri də Birinci Dünya Müharibəsi oldu. Bu işə başlayanda az sayda cərrah üz nahiyəsindəki güllə yaralarını necə müalicə edəcəyini bilirdi. Daha sonra isə mövcud vəziyyət ixtisaslaşdırılmış cərrahi mərkəzlərin yaranmasına səbəb oldu.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib