“Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda beynəlxalq konfrans keçirilib
22.10.2022 10:08
Oktyabrın 21-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., tibb xidməti general mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Azərbaycanda orqan transplantasiyasının tarixi barədə ətraflı məlumat verən Ceyhun Məmmədov hazırda ölkəmizdə orqan transplantasiyası əməliyyatlarının uğurla icra edildiyini vurğulayıb. O, Mərkəzi Gömrük Hospitalının qaraciyər və böyrək transplantiyası əməliyyatlarının ən çox icra edildiyi mərkəz olduğunu vurğulayaraq, bu əməliyyatların yalnız canlı donorlardan istifadə edilməklə həyata keçirildiyini bildirib.
 
Ceyhun Məmmədov ölkədə ürək, ağciyər, mədəaltı vəzi və digər orqanların çatışmazlığından əziyyət çəkən pasiyentlərin mövcudluğunu nəzərə alaraq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında yenilənmiş qanuna əsasən beyin ölümü keçirmiş insanlardan alınan orqanlardan istifadə oluna biləcəyini qeyd edib. İdarə rəisi alternativ donor hovuzunun yaradılmasının zəruriliyi barədə danışıb, orqan transplantasiyası işinin təşkilində cəmiyyətin hər bir fərdinin özünəməxsus rolu olduğunu vurğulayıb. O, konfrans iştirakçılarını prosesdə aktiv olmağa dəvət edib.
 
Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin iştirak etdiyi konfransın açılış hissəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Səhiyyə nazirinin müavini t.ü.f.d., dosent Nadir Zeynalov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov, Türkiyənin ilk orqan nəqli koordinatoru, Bahçeşehir Universiteti Medikal Park Göztepe Xəstəxanasının Orqan Nəqli Mərkəzinin ümumi cərrahı Ata Bozoklar və Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, ATU-nun Məhkəmə təbabəti kafedrasının professoru Vüqar Məmmədov çıxış ediblər.
 
200-dən artıq mütəxəssisin əyani, 500-dən çox mütəxəssisin distant iştirak etdiyi konfrans gün ərzində “Beyin ölümü diaqnozunun təyin edilməsi”, “Beyin ölümü diaqnozunun orqan və toxuma transplantasiyası işinin təşkilində əhəmiyyəti” və “Orqan bağışı və transplantasiyası işinin sosial-ictimai aspektləri” adlı panel iclasları ilə öz işini davam etdirib.
 
Ümumilikdə 700-dən çox müxtəlif ixtisaslı ekspertin, həkim və rezidentlərin iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 6 DTT balı qazanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər