Alimlər azhərəkətlilikdən insanların kütləvi şəkildə xəstələnməsini proqnozlaşdırırlar  
21.10.2022 22:04

Oturaq həyat tərzi qeyri-yoluxucu xəstəliklərin artmasına səbəb olur, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ehtimalına görə 2030-cu ilə qədər bu səbəbdən xəstələnənlərin sayı 500 milyon arta bilər.

 

Aztibb.az www.medikforum.ru-ya istinadla xəbər verir ki, təşkilatın məruzəsində alimlərin azhərəkətlilikdən insanların kütləvi şəkildə xəstələnməsini proqnozlaşdırır. Söhbət əsasən hipertoniya və depressiya hallarının artmasından gedir. 2020-ci ildən etibarən bu xəstəliklərə tutulma hallarında artım müşahidə olunur.

 

ÜST-ün sənədində deyilir ki, “bu yeni halların təxminən yarısı (47 faiz) hipertoniya və 43 faizi depressiya ilə bağlı olacaq. Bundan ən çox iqtisadi ziyan çəkən yüksək gəlirli ölkələr olacaq, çünki fiziki fəaliyyətin azlığı nəticəsində yaranan xəstəliklərin müalicəsi üçün tibbi-sanitariya xərclərinin 70 faizi məhz onların payına düşəcək”.

 

Mütəxəssislər bu xəstəlikləri qarşısı alına bilən xəstəliklər kimi xarakterizə edirlər. Sağlam həyat tərzi qaydalarına riayət etmək, həmçinin fiziki məşqlər və lazımi həcmdə fiziki aktivlik bu xəstəliklərin effektiv şəkildə qarşısını alır. ÜST ekspertlərinin sözlərinə görə, fiziki hazırlığın əhəmiyyəti COVID-19 pandemiyası ilə ciddi şəkildə təsdiqlənib. Həyatında müntəzəm fiziki fəaliyyət göstərən insanlar koronavirus infeksiyasının səbəb olduğu xəstəliyin öhdəsindən daha yüngül gəlirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib