600-dən çox yaralı əsgərin qayğısına qalan peşəkar həkim
21.10.2022 15:14
Yeganə Rəşidova Tədris Cərrahiyyə Klinikasında müxtəlif əməliyyatlardan, eləcə də digər tibbi prosedurlardan keçən 600-dən çox yaralı igidimizin hər birinin nevroloji, psixoloji problemlərinin həllində yaxından iştirak edib. Təkcə həkim kimi deyil, yeri gələndə ana, bacı kimi də onların yanında olub, heç vaxt qayğısını əsirgəməyib.
 
Pasiyentlərinin bəzilərini ürək ağrısı ilə yada salan həkimin ən böyük təsəllisi vicdan rahatlığıdır. Onların sağlamlığı naminə peşə fəaliyyəti ilə yanaşı, insanlıq borcunu da sonsuz sevgi ilə yerinə yetirdiyinə əmindir.
 
O, başqa bir xüsusi təyinatlını - Həsən Xəlilovu da heç vaxt unutmur:
 
“Qapalı kəllə-beyin travması, güclü psixoloji travması vardı. Komandiri yanında şəhid olmuşdu. O səhnə gözünün önündən getmirdi. Gənc bir ailənin başçısı, iki azyaşlı övladının olmasına baxmayaraq, öz işindən könüllü ayrılaraq ön cəbhəyə gedən televiziya əməkdaşı Rzanın da komandiri gözünün qarşısında şəhidlik zirvəsinə ucalmışdı. Ona görə də güclü psixoloji sarsıntı keçirmişdi. Həmçinin güclü baş beyin travması, ayağından, budundan travmalar almışdı. Yuxusuzluq, yaddaşsızlıq, keç kimlə ünsiyyət qurmaması xəstəliyinin əsas əlamətləri idi. Əfsuslar olsun ki, psixoloji gərginliyi hələ də tam aradan qalxmayıb. Hər iki igidimizi kritik vəziyyətdən çıxara bilsək də, müalicələri indiyədək davam edir”.
 
Baş beyin travması nəticəsində görmə qabiliyyətini itirəndən sonra güclü psixoemosional vəziyyətə düşən Goranboy rayon sakini Kamil Səfərli də Yeganə həkimin şəfalı əlləri ilə qismən sağlamlığına qovuşub. Kəskin baş ağrılı yuxusuzluq, yaddaşsızlıq, ağlamaq hissi kimi əlamətlərin müalicəsi uğurla aparılıb. Xüsusi təyinatlılardan Quba rayon sakini Kamran da ağır koma vəziyyətindən çıxarılıb və müalicəsi bu gün də davam etdirilir. Şükürov soyadlı laçınlı balası, Cəlil Əliyev, adlarını çəkmədiyimiz yüzlərlə digər igid əsgərlərimiz də Yeganə həkimin və kolleqalarının müalicəsi ilə şəfa tapıblar.
 
Mina partlayışından ağır kəllə-beyin travması alaraq komaya düşən Füzuli rayon sakini Arifin sağalacağına ümid çox az olsa da, peşəkar müalicə, hərtərəfli qayğı sayəsində indi ayaqdadır. İlk dəfə o öz ayağı ilə həkimin otağına daxil olanda Yeganə xanım sevinc göz yaşlarını saxlaya bilməyib.
 
Belə hallarla tez-tez qarşılaşan qayğıkeş həkim sağlamlığına tam və qismən qovuşan qazilərimizin təşəkkürlərini eşidəndə, kövrəlir. Cavabı isə belə olur: “Sizin heç kimə təşəkkür borcunuz yoxdur. Bizlər bu gün alnıaçıq, qürurla gəzə bildiyimizə görə sizlərə borcluyuq”.
 
Qazilərimizin nevroloji müalicəyə hələ də ehtiyacları var. Sevindirici haldır ki, onların hər biri böyük sevgi ilə əhatə olunub və fədakar həkimlərimizin gərgin əməyi sayəsində səhhətləri günü-gündən yaxşılaşır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib