“Açıq mənbələrdən epidemioloji tədqiqat” mövzusunda təlim keçirilir    
21.10.2022 11:16
Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsü (GSTT) və Erkən Xəbərdarlıq və Hesabat (EXH) layihələri (Early Warning, Alert and Response System (EWARS)) çərçivəsində “Açıq mənbələrdən epidemioloji tədqiqat” (EIOS) mövzusunda təlim həyata keçirilir.
 
Aztibb.az xəbər verir ki, təlimdə ÜST-nin Avropa Regional Ofisinin ekspertləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, EIOS təşəbbüsü altında Vahid Sağlamlıq şəbəkəsi vasitəsilə ÜST və digər qurumlar baş verə biləcək riskləri və təhlükələrinin erkən aşkarlaya, yoxlaya və qiymətləndirə biləcəklər.
 
Təlimin məqsədi milli səviyyədə ictimai səhiyyə fəaliyyətinin gücləndirilmək, milli ekspertlərin qlobal multidisiplinar mütəxəssislər şəbəkəsi ilə əməkdaşlıq etməsinə şərait yaratmaq, EIOS sisteminin vasitəsilə məlumat mübadiləsinin asanlaşdırılması və sadələşdirilmək, və sağlamlıq riskləri və təhdidlərinə nəzarətin gücləndirilməkdir.
 
Qurumlardan təlimə dəvət almış ekspertlər üzv olduqları qurumlara məlumatların operativ şəkildə ötürülməsi və yerli səviyyədə ictimai səhiyyə fəaliyyətinin gücləndirilməsi üsulları haqqında məlumatlar da əldə edəcəklər.
 
 
  
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib