Səhiyyə Nazirliyi Binəli Yıldırım və Şamil Ayrımın səhhəti ilə bağlı məlumat yayıb  
21.10.2022 09:35

Səhiyyə Nazirliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Zəngilan aeroportu yolunda qəzaya düşmüş AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin səhhəti ilə bağlı məlumat yayıb.

 

Məlumatda AKP sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda xəstəxanadan buraxılacağı bildirilib.

 

Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.