Sumqayıt Tibb Mərkəzində müvafiq şöbələrin mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb
20.10.2022 17:17

Sumqayıt Tibb Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində "İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi" nə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlər və sığorta olunmayan şəxslərə göstərilən tibbi xidmətin tariflərınin icrasının həyata keçirilməsi işinin təşkil olunması üçün yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

 

Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxovanın da iştirak etdiyi iclasda STM-in direktor müavini, İşçi Qrupun rəhbəri Təranə Rəcəbli qarşıya qoyulmuş konkret vəzifələrdən danışıb və təşkilatı məsələlər barədə ətraflı məlumat verib.

 

Bildirilib ki, yaradılan İşçi Qrupun üzvləri STM-in tabeliyində olan tibb müəssisələrində göstərilən "İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi" nə daxil olmayan xidmətlərin tariflərə uyğunluğunu müəyyənləşdirəcək, eləcə də həyata keçiriləcək işlərin planınını tərtib edəcək.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclasda STM-in direktoru Səkinə Sadıxova müvafiq tapşırıqlarını verib.

 

Yaxın günlərdə İşçi Qrupun növbəti iclasının keçirilməsi qərara alınıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib