Tibb Universitetinin 256 tələbəsi Türkiyədə yay təcrübəsi keçib
20.10.2022 16:01

Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri hər il olduğu kimi, bu il də Türkiyənin nüfuzlu universitetlərində yay təcrübəsi keçiblər. ATU-nun Müalicə-profilaktika, Stomatologiya, İctimai səhiyyə və Əczaçılıq fakültələrinin 256 tələbəsi Türkiyənin 9 (Atatürk, Dokuz Eylül, Ege, Gazi, Hacettepe, İstanbul Universiteti-Cerrahpaşa, Lokman Hekim, Ondokuz Mayıs, Selçuk) universitetində olub, tibbi bilik və bacarıqlarını zənginləşdiriblər.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat verən ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev təcrübə prosesinin universitet rəhbərliyinin göstərişi ilə reallaşdırılğını bildirib: “Məlum olduğu kimi, ATU ilə Türkiyənin 30-dan çox universiteti arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb. İmzalanmış memorandumlar çərçivəsində tələbə-müəllim mübadiləsi, birgə elmi-tədqiqat işləri, birgə elmi tədbirlər və digər müvafiq işlər həyata keçirilir. Tələbələrimizin çoxsaylı müraciətlərini nəzərə alan universitetin rəhbərliyi onların Türkiyədə təcrübə keçmələri üçün qərar qəbul edib. Bundan sonra Türkiyə universitetlərinə müraciətlər edilib. Tələbələr iki mərhələdə (iyul-avqust və avqust-sentyabr ayları) və hər biri bir ay olmaqla təcrübə keçiblər. Onlar xəstəxanalarda çoxsaylı xəstələrin müayinə və müalicəsində müşahidəçi qismində iştirak ediblər”.

 

Prorektor təcrübə prosesinin təşkili işində ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucovun yaxından iştirak etdiyini bildirib və onun əməyini yüksək qiymətləndirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub