İki inkişafdan qalmış hamiləlik sonrası qadın ana olub 
20.10.2022 13:39

İki inkişafdan qalmış hamiləlik sonrası qadın Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) ana adını qazanıb.

 

Aztibb.az-ın məlumatına görə, ETMGİ-nin mama-ginekoloqu Gülnaz Rəsulova tərəfindən nəzarətdə olan qadında koaqulopatiya olduğundan hamiləliyi qorumaq məqsədilə qan durulaşdırıcı iynələr vurulub. Hamiləliyin 6-cı ayından etibarən hestasion diabeti olan qadın daimi olaraq endokrinoloqun nəzarətində olub.

 

9 aylıq period fəsadsız başa çatıb, Gülnaz Rəsulova tərəfindən uğurla icra olunan qeysəriyyə kəsiyi ilə cinsi qadın, çəkisi 3 350 qram, boyu 50 sm olan körpə sağlam şəkildə dünyaya gəlib.