AMEA əməkdaşları icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandırılıb
20.10.2022 11:31

AMEA-nın Əsas binasının Dairəvi akt zalında Azad Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə AMEA-nın əməkdaşları üçün “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici təlim keçirilib.

 

Aztibb.az xəbər verir ki, təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin baş mütəxəssisi Elvin Abbasov tərəfindən aparılıb.

 

Təlimdə icbari tibbi sığorta, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri baradə iştirakçılara ümumi məlumat verilib. AMEA əməkdaşları icbari tibbi sığorta haqları, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, eləcə də Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s. haqqında məlumatlandırılıb.

Daha sonra E.Abbasov əməkdaşların çoxsaylı suallarını cavablandırıb.

 

Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Elvin Abbasova və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin rəhbərliyinə AMEA-nın kollektivi adından təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib