Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
20.10.2022 11:23
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə beynəlxalq konqres və dəyirmi Masada iştirak ediblər.
 
19-20 oktyabr 2022-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Beynəlxalq HTAİ (Health Technology Assessment İnternational) təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilmiş “Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi üzrə 1-ci Bakı Beynəlxalq Konqresi” və “Səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə milli siyasətin formalaşdırılması” mövzusunda Dəyirmi Masada iştirak ediblər.
 
Tədbirlərdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev, İnformasiya texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov və Alqı-satqı şöbəsinin rəisi Rəşad Fərəcov iştirak edib.
 
Tədbirin rəsmi açılış hissəsində Səhiyyə nazirinin müavini Nadir Zeynalov və Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının prezidenti Vija Oortveyn çıxış edərək səhiyyə texnologiyalarının inkişafının bütün region ölkələr üçün əhəmiyyətindən və cəmiyyətin sağlamlığının qorunması istiqamətində faydasından söz açıblar.
ABŞ, Türkiyə, Polşa, Ukrayna, Niderland, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzrə HTA-nın aparıcı nümayəndələrinin, o cümlədən yerli ekspertlərin iştirakı ilə keçən müzakirələrdə səhiyyə texnologiyalarının səhiyyə xismətləri ilə əlaqəsi, bölgədə səhiyyə texnologiyalarının inkişafı ilə bağlı əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub