Pediatr Leyla Gülməmmədova - Peşəkar həkimlərimizi tanıyaq!
19.10.2022 21:14

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) Pediatriya şöbəsinin müdiri Leyla Gülməmmədovanı təqdim edir.

 

Leyla Gülməmmədova 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2006-cı ildə ETPİ-də Pediatriya ixtisası üzrə internatura keçib.

 

O, 2007-2009-cu illərdə Konsultativ poliklinkada həkim-pediatr vəzifəsində çalışıb. 2010-cu ildən Anesteziologiya-reanimatologiya şöbəsinin kiçik elmi işçisidir. 2010-2018-ci illərdə Pulmonologiya şöbəsində pediatr işləyib. 2018-2021-ci illərdə ETPİ-nin Pulmonologiya şöbəsinin müdiri, 2021-ci ildən isə Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

 

2019-cu ildə dissertanturaya qəbul olan Leyla Gülməmmədova "Südəmər uşaqlarda pnevmoniyaların müasir, klinik-diaqnostik və proqnostik meyarları" mövzusunda elmi iş üzərində çalışır.

 

Leyla Gülməmmədova 2018-2020-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatriya ixtisası üzrə "Pediatriya (modul1-4) və uşaqlarda qanyaradıcı üzvlərin xəstəlikləri" mövzusunda kurs keçib. Bir çox beynəlxalq konfrans və konqreslərdə iştirak edib.

 

O, 2022-ci ildə tibb sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə ETPİ-nin direktoru Allahverdi Musayev tərəfindən Təşəkkürnamə ilə təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib