TƏBİB-də fövqəladə vəziyyətlərdə tibb personalının cəlb olunması müzakirə olunub
19.10.2022 17:56

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Türkiyə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin baş direktoru Eray Çınarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, görüş “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolu” çərçivəsində Türkiyə Milli Tibbi Xilasetmə Qrupu (UMKE) ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq çərçivəsində olub.
Görüşdə Fövqəladə Hallar Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin əməkdaşları və TƏBİB-in struktur bölmə rəhbərləri iştirak edib.

 

Milli və beynəlxalq təbii fəlakət hallarında axtarış-xilasetmə işlərinə tibb personalının cəlb olunması məsələsi müzakirə olunub.

 

ÜST-nin bu istiqamətdə irəli sürdüyü tələbə uyğun olaraq, Türkiyə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti, Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in bu istiqamətdə birgə əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov TƏBİB-in tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyalarının fəaliyyəti barədə məlumat verib. Təcili və Təxirəsalınmaz Tibbi Yardım zərurəti yarandığı halda aidiyyəti dövlət qurumları ilə sistemli və koordinasiyalı əməkdaşlıq edildiyini, mütəmadi olaraq fövqəladə hallar üzrə tibbi personala və axtarış-xilasetmə işlərində iştirak edən personala ilkin təcili yardımla bağlı təlimlər keçirildiyini diqqətə çatdırıb. Bu istiqamətdə Türkiyə təcrübəsinin önəmini qeyd edən V.Qurbanov TƏBİB-in daha geniş miqyasda əməkdaşlığa hazır olduğunu vurğulayıb.

 

Eray Çınar Türkiyə Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti, gördüyü işlərlə bağlı geniş təqdimatla çıxış edib, Türkiyənin bu sahədəki təcrübəsini bölüşüb. O, qarşılıqlı təlimlərin birgə əməkdaşlığa töhfə verəcəyini də qeyd edib.

 

“Səhiyyə xidmətləri qurumu olaraq milli və beynəlxalq səviyyədə baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı tam təchiz olunmuş qruplar və avadanlıqlarla fəlakət bölgəsində effektiv səhiyyə xidmətləri göstərmək imkanımız var”, – deyə E.Çınar əlavə edib.
Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında sualların cavablandırılması ilə yekunlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib