Səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə I beynəlxalq konfrans keçirilib
19.10.2022 12:05

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU), Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının birgə əməkdaşlığı ilə oktyabrın 19-da Bakı şəhərində səhiyyə islahatlarında səhiyyə texnologiyalarının qiymətləndirilməsi üzrə I beynəlxalq konfrans keçirilib.

 

Tədbirin təşkilində əsas məqsəd region ölkələrin səhiyyə sistemini qabaqcıl, dünya təcrübəsinə əsaslanan texnologiyalarla tanış etmək və onun inkişaf etdirilməsinə töhfələr vermək, yeni standartlara uyğunlaşaraq əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq, müasir səhiyyə texnologiyasına inteqrasiyanı təmin etmək, bu yolda görüləcək işləri, qarşıda duran məqsəd və vəzifələr ətrafında fikir mübadiləsi aparmaq idi.

 

Səhiyyə nazirinin müavini Nadir Zeynalov müasir dövrdə tibb elminin və tibbi texnologiyaların çox sürətlə inkişaf etdiyini bildirib: “Amma belə bir sual yaranır ki, yeni texnologiyalar nə dərəcədə səmərəlidir, yeni müalicə üsulları həqiqətənmi əvvəlki texnologiyalardan sübuta əsaslanmış şəkildə üstündür. Bu suallara cavab verə biləcək və proqnoz verə biləcək mexanizm səhiyyə texnologiyalarının qiymətləndirilməsidir”. N.Zeynalov ölkəmizdə bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayıb, təlimlərin keçirildiyini və bu konfransın davamı olaraq siyasət üzrə dialoqun aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

 

Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının prezidenti Vija Oortveyn səhiyyə texnologiyalarının inkişafının bütün region ölkələr üçün əhəmiyyətindən və cəmiyyətin sağlamlığının qorunması istiqamətində faydasından söz açıb.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev, Səhiyyə Texnologiyalarının Qiymətləndirilməsi Beynəlxalq Təşkilatının vitse-prezidenti Rabia Kahveçi, Qazaxıstanın Salidat Kairbekova adına Səhiyyənin İnkişafı Milli Tədqiqat Mərkəzinin sədr müavini Alima Almadiyeva və LewinGroup-un baş vitse-prezidenti Klif Qudmanın moderatorluğu ilə səhiyyə texnologiyalarının işləməyə başlaması üçün zəruri olan şərtlər və əsas vasitələr kimi aktual mövzularda geniş məruzələr dinlənilib.

 

 

ABŞ, Türkiyə, Polşa, Ukrayna, Niderland, Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələrinin iştirakı ilə keçən müzakirələrdə səhiyyə texnologiyalarının səhiyyə xidmətləri ilə əlaqəsi, hər kəs üçün əlçatan, bərabər olan səhiyyə perspektivləri və bölgədə səhiyyə texnologiyalarının inkişafı istiqamətində əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib