Türkiyəli həkim Azərbaycanda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
19.10.2022 10:46
Türkiyənin Sakarya Universiteti Tibb fakültəsinin Anesteziologiya və Reanimasiya kafedrasının müdiri, anestezioloq-reanimatoloq Prof. Dr. Ali Fuat Erdam “Orqan və toxuma transpantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” mövzusunda beynəlxalq elmi konfransın II panelində iştirak edəcək.
 
Aztibb.az xəbər verir ki, o, 21 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov ilə birlikdə moderator qismində yer alacaq.
 
Prof. Dr. Ali Fuat Erdam anesteziologiya və reanimasiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri konfransda iştirak etməyə dəvət edib. Prof. Dr. Ali Fuat Erdamın çıxışını Sizə təqdim edirik. Qeyd edək ki, konfransın işini 21 oktyabr 2022-ci il tarixində səhər saat 10.00-dan etibarən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən canlı yayımda izləyə bilərsiniz.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib