Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gün ərzində ambulator xidmət üçün 150-200 pasiyent müraciət edir
19.10.2022 09:21
Aztibb.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri barədə məlumatları təqdim edir.
 
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Bakı şəhəri, Nəsimi rayonu Abbas Səhhət 32 ünvanında yerləşir. İnstitutun işçi heyəti 87 həkim olmaqla 462 nəfərdən ibarətdir.
 
İnstitutda Poliklinika, Təcili və təxirəsalınmaz tibbi yardım, Ortopediya, Travmatologiya, Əl cərrahiyyəsi və yaralar, Uşaq travmatologiya və ortopediya, Artroplastika və artroskopiya, Radiologiya, Anesteziologiya, reanimasiya və intensiv terapiya, Fizioterapiya, Laboratoriya və s. şöbələr fəaliyyət göstərir.
 
Müəssisədə elmi istiqamətdə Metodik təşkilat və Elmi-tibbi informasiya şöbələri mövcuddur.
 
Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.
 
Qeyd edək ki, gün ərzində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 150-200, stasionar tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı isə 20-40 arası dəyişir.
 
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu sosial şəbəkələrdə:
 
• İnstaqram - https://bit.ly/3T4Fcqk
 
Əlaqə:
 
• E-poçt: info@ettoi.az
• Əlaqə nömrəsi: (+994 12) 440-53-21
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib