Tibb sahəsində tanınmış alim dünyasını dəyişib
18.10.2022 16:53
Bu gün görkəmli ziyalı, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Oktay Sadıx oğlu Seyidbəyov dünyasını dəyişib.
 
Aztibb.az-ın xəbərinə görə, O.Seyidbəyov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və "Stomatologiya və üz-çənə cərrahiyyəsi” kafedrasının müdiri olmuşdur. Tanınmış alim 82 yaşında vəfat edib.
 
Allah rəhmət eləsin!