“Açıq mənbələrdən epidemioloji tədqiqat” mövzusunda tədbir keçirilir
18.10.2022 15:32

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər zaman olduğu kimi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə ictimai səhiyyə sahəsində yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların erkən aşkarlanması, qarşısının effektiv formada alınması və cavab tədbirlərinin vaxtında aparılması məqsədini daşıyır.

 

Qlobal səviyyədə miqrasiyanın artması regional və yerli miqyasda xəstəliklərin alovlanması və yayılması, həmçinin ictimai sağlamlıq təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə risk yaradır. Bu, xəstəlik risklərinin yerli, milli və qlobal səviyyələrdə vaxtında aşkarlanmasına, insanların sağlamlığının ətraf mühit amillərinin mənfi təsirindən qorunmasına, möhkəmləndirilməsinə və epidemioloji salamatlığın təmin edilməsinə olan ehtiyacı bir daha önə çıxarır.

 

Bu xüsusda Ümumdünya Səhiyyə Təşkilatının Qlobal Sağlamlıq Təhlükəsizliyi Təşəbbüsü və Erkən Xəbərdarlıq və Hesabat layihələri (Early Warning, Alert and Response System (EWARS) çərçivəsində “Açıq mənbələrdən epidemioloji tədqiqat” mövzusunda tədbir həyata keçirilir.

 

Oktyabrın 18-dən 20-dək davam edəcək tədbirdə ÜST-nin Avropa Regional Ofisinin ekspertləri, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyindən olan nümayəndələr iştirak edirlər.

 

Toplantının məqsədi dünyada baş verən fövqəladə hadisələr barədə ictimai səhiyyə sahəsində ölkə üzrə əlaqələndirici olan Səhiyyə Nazirliyinə məlumatların operativ şəkildə ötürülməsi və təxirəsalınmaz cavab tədbirlərinin təşkil olunması üçün mütəxəssislərin hazırlanmasıdır.

 

Tədbir iştirakçıları ictimai sağlamlıq riskləri və təhlükələrinin erkən aşkarlanması, araşdırılması, qiymətləndirilməsinə xidmət edən Vahid Sağlamlıq yanaşmasını yaratmaq və təkmiləşdirmək üçün qlobal multidisiplinar mütəxəssislər şəbəkəsinin qurulması və milli səviyyədə ictimai səhiyyə fəaliyyətinin gücləndirilməsi üsulları haqqında məlumatlar əldə edəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib