Gömrük Hospitalının əməkdaşları beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimdə iştirak edirlər
18.10.2022 12:38
Mərkəzi Gömrük Hospitalının əməkdaşları beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilən təlimdə iştirak edirlər.
 
Aztibb.az xəbər verir ki, 17-18 oktyabr 2022-ci il tarixlərində Mərkəzi Gömrük Hospitalının əməkdaşları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Beynəlxalq HTAİ (Health Technology Assessment İnternational) təşkilatının birgə əməkdaşlığı, Uptodate in Medicine şirkətinin texniki dəstəyi ilə Azərbaycan Tibb Universitetində keçirilmiş “Səhiyyə texnologiyalarının qiymətləndirilməsi” mövzusunda təlimdə iştirak ediblər.
 
Beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilmiş təlimdə Mərkəzi Gömrük Hospitalının İnformasiya texnologiyaları şöbəsinin rəisi Bəhruz Muradov, Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov, şöbənin satınalmalar üzrə mütəxəssisləri Vüsalə Əliyeva, Zərifə Məmmədova və Əlişir Mirzəyev iştirak ediblər.
 
Təlim zamanı səhiyyə texnologiyaları anlayışına giriş, texnologiyaların səhiyyə sahəsində tətbiqi və s. kimi vacib mövzulardan bəhs edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Yüksək hərarət və tənəffüs yolu infeksiyası əlamətləri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağlamlığına qovuşub
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib