AQTİ əməkdaşları tvininq layihəsi çərçivəsində təcrübələrini bölüşüb  
18.10.2022 11:29

“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə tvininq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşlarının iştirakı ilə onlayn görüş keçirilib.

 

İnstitutun İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüş layihə çərçivəsində bu il avqustun 14-dən 20-nə qədər Latviya Respublikasının paytaxtı Riqada fəaliyyət göstərən Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutunda (BIOR) səfərdə olan AQTİ-nin əməkdaşları tərəfindən təşkil edilib. Onlar görüşdə iştirak edən institutun digər əməkdaşlarına “Latviyada qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi” mövzusunda təşkil olunan səfər barədə ətraflı məlumat veriblər. Eləcə də onlarla təcrübələrini bölüşüblər.

 

Eyni zamanda görüşdə səfər zamanı əldə edilən təcrübəyə dair təqdimatlar olub. Bildirilib ki, səfər çərçivəsində laboratoriya mütəxəssisləri müxtəlif nümunə hazırlanma metodologiyasından istifadə etməklə bitki mənşəli məhsullarda pestisidlərin qalıqlarının təyini, mikotoksinlərin çoxkomponentli təyini və digər kimyəvi maddələrdən çirklənmənin təyini üzrə analiz prosesində iştirak edib, alınan nəticələrin təhlilini həyata keçiriblər.

 

Qeyd edək ki, tvininq layihəsinin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da təkmilləşdirmək, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırmaqdan ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib