ETPİ-nin həkim əməkdaşları 66-cı Türkiyə Milli Pediatriya Konqresində iştirak ediblər
18.10.2022 09:26
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) baş həkimi uzman Azər Əhmədov və həkim əməkdaşlar Şimali Kipr Türk Cumhurriyyətində keçirilən 66-cı Türkiyə Milli Pediatriya Konqresində iştirak ediblər. 
 
Aztibb.az xəbər verir ki, Şimali Kipr Türk Cumhurriyyətinim prezidenti, Türkiyənin Səhiyyə Nazirinin də iştirak etdiyi konqresdə uşaq sağlamlığı və xəstəlikləri, COVID-19 pandemiyası, onun problemləri ilə bağlı klinikada əks olunan yeniliklər müzakirə edilib.
 
Konqresdə öz sahələrinin peşəkarı olan mütəxəssislər bilik və təcrübələrini konqres iştirakçıları ilə bölüşüblər.