Beynəlxalq Qastroenteroloji Onkoloji Hepatoloji sammit keçirilib
16.10.2022 14:34

14-15 oktyabr 2022-ci il tarixlərində Bakıda Beynəlxalq Qastroenteroloji Onkoloji Hepatoloji sammit keçirilib.

 

Genişmiqyaslı sammitdə Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Assosiasiyası, Nowap qrup, Azərbaycan Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin üzvləri, eləcə də müxtəlif ölkələrdən dəvət olmuş həkimlər heyəti iştirak edib.

 

Gülanrə Ağayevanın moderatorluğu ilə baş tutan tədbirdə Emin Mahmudov “Mədənin xərçəngdən əvvəlki vəziyyəti diaqnostik perspektivlərin yeni üfüqləri ”, Tolqa Kunduk “İltihablı bağırsaq xəstəliyi”, Amr el Foly “Xolangioskopiyanın diaqnostik və müalicəvi rolu” , Həcər Ağakişiyeva vəə Aqil Ağakişiyev “ERCP ağırlaşmaları” , Gülnarə Ağayeva “Halota qaynaqlığı hepatotoksiklik”, Koray Acarlı “HCC üçün qaraciyər transplantasiyası”, Lubna Kamani “HCC-də sistemli terapiyanın rolu” və  Abdullayev Esmira “Otoimmün hepatitin yeniləmə müalicəsi” adlı məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə bir sıra tibbi yeniliklərə toxunulub,müxtəlif diaqnostik metodlar və müalicə tədbirləri haqqında iştirakçılara məlumat verilib.

 

Müşviq Həsənovun sədrliyi ilə keçən seminarda Aqil Ağakişiyev və Həcər Ağakişiyeva “Olimp Hospital”da endoskopik əməliyyat icra edib və cərrahi proses seminarda canlı şəkildə izlənilib.

 

Tədbirdə qastroenteroloji, qaraciyər xəstəlikləri və müasir tibbi üsullarla bağlı diskussiyalar, fikir mübadiləsi də aparılıb, iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib