Gülnaz Dadaşova: "Kardiologiya İnstitutu tərəfindən 1000-ə yaxın qazi və şəhid ailəsi üzvü tibbi müayinədən keçirilib"
16.10.2022 19:06

TƏBİB-in tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən ölkə ərazisində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün təşkil edilən tibbi aksiyalar davam edir.

 

Aztibb.az xəbər verir ki, Elmi -Tədqiqat Kardiologiya İnstitutu, Quba Rayon Mərkəzi Xəstəxanası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in təşkilatçılığı və təşəbbüsü ilə növbəti tibbi aksiya keçirilib.

 

Aksiya zamanı Quba, Qusar, Xaçmaz, Kürdəmir rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ müayinəsi aparılıb.

 

Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

 

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova bildirib ki, aksiyaların digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib