ABŞ-ın Puerto-Riko Universitetinin professorunun elmi məruzəsi dinlənilib
16.10.2022 16:51

"Yeni Klinika"da V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutununun təşkilatçılığı ilə “Müasir dövrdə tibb elminin strateji istiqamətləri” mövzusunda elmi konfrans keçirilib.

 

Tədbirdə TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, TƏBİB- in məsul əməkdaşı Fərəh Osmanova, eləcə də elmi-tədqiqat institutunun nümayəndələri iştirak ediblər.

 

Konfransda ABŞ-ın Puerto-Riko Universitetinin Tibb fakültəsinin professoru, tibb elmləri doktoru Səbzəli Cavadovun mövzu üzrə məruzəsi dinlənilib.

 

Əvvəlcə Yaqut Qarayeva çıxış edərək konfrasın mövzusunun aktuallığından danışıb.

 

Səbzəli Cavadovun elmi fəaliyyəti barədə məlumat verən Yaqut Qarayeva alimin ABŞ-da fəaliyyət göstərməsinə baxmayaraq, öz Vətəni olan Azərbaycanla çox sıx münasibətləri olduğunu qeyd edib.

 

Diqqətə çatdırılıb ki, Səbzəli Cavadov beynəlxalq jurnallarda dərc olunmuş 130-dan çox elmi məqalənin, 3 patentin müəllifidir. O, Amerika Kardioloqlar Cəmiyyətinin, Amerika Milli Sağlamlıq institutlarının, eləcə də İngiltərə, Belçika, Çexiya və Xorvatiyanın elmi qrant komitələrinin üzvü, həmçinin 18 tibbi və tibbi-bioloji jurnalın redaksiya şurasının üzvüdür.

 

Daha sonra alim elmi məruzəsini təqdim edib.

 

Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Tədbirdə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev çıxış edərək professor Səbzəli Cavadova maraqlı məruzə üçün minnətdarlığını bildirib. O, azərbaycanlı alimə Təşəkkürnamə təqdim edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib