Səhiyyə mütəxəssislərinin Türkiyədə iştirak etdiyi təkmilləşdirmə proqramı davam edir - ÜST
16.10.2022 13:13

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi layihələr – Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü və USAID tərəfindən maliyyələşdirilən Azərbaycanda Pandemiyaya Cavab Tədbirləri  ölkə xəstəxanalarının İnfeksiyaların Profilaktikası və Nəzarət (İPN) üzrə 19 məsul şəxsinin və səhiyyə mütəxəssisinin Türkiyədə iştirak etdiyi təkmilləşdirmə proqramı davam edir.


Təkmilləşdirmə proqramının iştirakçıları Ankarada yerləşən daha 3 tibb müəssisəsini ziyarət edərək xəstəxanaların İPN fəaliyyətlərini yerində öyrənmək fürsəti əldə edib.

 

Aztibb.az xəbər verir ki, Gülhane Təlim və Tədqiqat Xəstəxanası (keçmiş GATA), Ankara Onkologiya Təlim və Tədqiqat Xəstəxanası və 29 May Xalq Xəstəxanasında təcrübə keçən Azərbaycan mütəxəssisləri xəstəxanaların İPN proqramları, İPN komitələrinin fəaliyyətləri, təlim və təhsil məsələləri, tibb bacıları və İPN, tibb tullantılarının idarə olunması və əl gigiyenası kimi geniş təqdimatlarla tanış olub. TƏBİB və Türkiyə Respublikasının Səhiyyə Nazirliyi arasındakı bu texniki əməkdaşlıq Azərbaycanın İPN mexanizminin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib