"Həkimlərimizi tanıyaq!" rubrikası -  Ümumi cərrah Elşən Qədimov 
16.10.2022 10:04

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 

Rubrikamızın növbəti qonağı "Yeni Klinika"nın ümumi cərrahı Elşən Qədimovdur.

 

Elşən Qədimov 2005-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005-2008-ci illərdə Rusiya Federasiyasında ümumi cərrahiyyə ixtisası üzrə klinik ordinatura təhsili alıb.

O, 2010-cu ildə Rusiya Federasiyasında laparoskopik cərrahiyyə, 2016-cı ildə Türkiyə Respublikası Qazi Universitetində laparoskopik cərrahiyyə, eləcə də 2017-ci ildə IRCAD, Fransada kolorektal onkoloji xəstəliklərin laparoskopik cərrahi müalicəsi üzrə təkmil kursları keçib.

Həkim, həmçinin 2016-cı ildə Ankara Cərrahiyyə Günləri konfransında iştirak edib. 2018-ci ildə Türkiyə, Almaniya və Azərbaycanda keçirilən cərrahi konfranslara təlimçi olaraq qatılıb.

 

Elşən Qədimovun icra etdiyi əməliyyatlar aşağıdakılardır:

Ümumi cərrahi əməliyyatlar;
Laparoskopik, varikoz, tiroidektomiya;

Qarın boşluğuna dair əməliyyatlar (Öd, mədə-bağırsaq, qaraciyər və dalaq).

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib