Sarıkök artrit olan insanlarda ağrını azaldır - TƏDQİQAT
15.10.2022 17:27

Artrit – bədənin istənilən hissəsində ağrıya səbəb ola bilən xroniki xəstəlikdir, lakin bəzən pəhrizdə edilən dəyişikliklər simptomları yüngülləşdirə bilər.

 

Yeni tədqiqat ehtimal edir ki, pəhrizdə edilən dəyişikliklər xəstəliyin simptomlarını yüngülləşdirməyə kömək edə bilər.

 

Aztibb.az MedikForum-a istinadla xəbər verir ki, tədqiqat sarıkök tərkibli əlavələrin osteoartritin simptomlarını yüngülləşdirməkdə necə kömək edə biləcəyini araşdırıb.


“Sarıkök tərkibli əlavələr osteoartritin törətdiyi diz ağrılarında plasebodan daha effektivdir. Tədqiqatçılar təsadüfi seçim əsasında simptomatik osteoartrit olan 70 xəstəyə ya sarıkök əlavəsi, ya da plasebo təyin ediblər. 12 həftədən sonra sarıkök əlavəsini qəbul edənlər daha az ağrı və yan təsirlərin olduğunu bildiriblər",- deyə ailə həkimi Tatyana Zaxarova qeyd edib.


Sarıkök diz ağrısına plasebodan daha effektiv təsir edib, lakin diz oynağında ekssudat, sinovit və ya qığırdaq tərkibinə təsir etməyib. Bu nəticələrin klinik əhəmiyyətinin qiymətləndirilməsi üçün böyük seçim ölçülü çoxmərkəzli sınaqlar lazımdır.


Tədqiqat göstərib ki, sarıkök artrit olan pasiyentlərin sağlamlığı üçün bəzi üstünlüklərə malik ola bilər. Bu fakt bunun mümkün olmasında əminliyi artırır.
Hər bir oynaq müxtəlif güc və qıcıqlandırıcılara fərqli reaksiya verir. Sarıkök tərkibli əlavələr çiyin və ya biləklər üçün deyil, diz üçün işləyə bilər. Bundan əlavə, yadda saxlamaq lazımdır ki, əlavələrin faydalı olmasına baxmayaraq, onlar artritin törətdiyi ağrını yüngülləşdirmək üçün əsas vasitə kimi istifadə edilməməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib