Şöqren xəstəliyinin əlamətləri hansılardır? - Uzman terapevt AÇIQLADI  
14.10.2022 17:42

Bizim immun sistemimiz orqanizmi bakteriyalar, mikroblar, viruslar və s. kimi sağlamlıq üçün təhlükə yarada bilən faktorlardan qoruyur, onlarla mübarizə edir. Normada bu belə olmalıdır. Lakin bəzən immun sistemimiz orqanizmin öz sağlam hüceyrələrinə hücum etməyə və onları məhv etməyə başlayır. Şöqren autoimmun xəstəlikdir. Autoimmun xəstəliklərin inkişaf etmə səbəbləri hələ ki tam məlum deyil.

 

Aztibb.az xəbər verir ki, bu barədə uzman terapevt Çinarə Səfərova məlumat paylaşıb.


Həkim bildirib ki, Şöqren xəstəliyi zamanı insanın immun sistemi daxili sekresiya vəzlərini (ilk növbədə tüpürcək və göz yaşı vəzlərini) zədələyir ki, onlarda iltihab yaranır və vəzlər tədricən məhv olur. Nəticədə ağız və gözlərin selikli qişaları qurumağa başlayır.

 

Çinarə Səfərova xəstəliyin əlamətlərini də açıqlayıb:


- Ağız suyunun miqdarı azalır, ağız suyu daha qatı olur, ağızda daim quruluq hiss olunur
- Dodaqlar quruyur, üzərində qabıqlar əmələ gəlir
- Dildə və ağzın kənarlarında çatlar əmələ gəlir
- Yemək yedikdə ağız suyu qidanı isladır ki, bu udma prosesini asanlaşdırır

- Şöqren xəstəliyi zamanı insan quru qidaları qəbul etdikdə əziyyət çəkir, qidanı uda bilmir, qida qəbulu zamanı tez-tez su içməli olur

- Ağız suyunun az olması kariesin daha da sürətli inkişafına səbəb olur
- Qulaqətrafı tüpürcək vəziləri böyüyür ki, insanın üzünün forması dəyişilir,
- Gözlərdə yanma, işıqdanqorxma hissi yaranır,
- Göz qapaqları qızarır və iltihablaşır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib