Ağır klinik vəziyyətdə STM-nın Uşaq xəstəxanasına daxil olan 9 yaşlı uşağın həyatı xilas edilib
14.10.2022 14:30

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq xəstəxanasının həkimləri 9 yaşlı uşağı xilas ediblər.

 

Aztibb.az-ın məlumatına görə, 9 yaşlı oğlan uşağı STM-in Uşaq xəstəxanasının Reanimasiya şöbəsinə "Dəqiqləşdirilməmiş qıcolma" diaqnozu ilə daxil olub. Xəstə çox ağır klinik vəziyyətdə olub. Onun həyatı tibb heyətinin operativ müdaxiləsi nəticəsində xilas olunub.

 

Hazırda pasiyent özünü yaxşı hiss edir və valideynləri STM-in Uşaq xəstəxanasının tibb heyətinə minnətdarlığını bildirib.