Milli Oftalmologiya Mərkəzində Beynəlxalq Oftalmoloji Konfrans işə başlayıb
14.10.2022 14:29

Oktyabrın 14-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq Oftalmoloji Konfrans və Azərbaycan Gənc Oftalmoloqlarının 14-cü Beynəlxalq konfransı işə başlayıb.


Tədbirdə giriş nitqi ilə çıxış edən mərkəzin direktoru professor Elmar Qasımov konfransın məqsədinin oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region və xarici həkimlərin iştirakını təmin etmək, yenilikləri müzakirə etməkdən ibarət olduğunu deyib. Direktorun sözlərinə görə, konfransda Bakı və regionun həkim heyəti ilə yanaşı, xaricdən həkim heyəti də iştirak edir.

 

E.Qasımov təcrübə mübadiləsinin oftalmologiya sahəsinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.

 

Türkiyədən gələn həkimlər - Sunay Duman, professorlar Suleyman Kaynak, Öner Gelişken, Rusiyadan olan professor Muxarram Bikbov konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib, oftalmologiya sahəsində müzakirə edilən yeniliklərin, irəli sürülən təkliflərin oftalmoloji xəstəliklərin müalicəsində faydalı olacağına əmin olduqlarını ifadə ediblər.

 

Konfrans panel sessiyalarla davam edir.
Qeyd edək ki, konfransın işinə oktyabrın 15-də yekun vurulacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib