Gömrük Hospitalında mikroskopik varikoselektomiya əməliyyatı icra edilib
14.10.2022 12:23
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uroloq Bəhruz Xalıqov 28 yaşlı pasiyent üzərində mikroskopik varikoselektomiya əməliyyatı həyata keçirib.
 
Aztibb.az xəbər verir ki, pasiyent 1 ildir ailəli olmasına baxmayaraq, övlad sahibi ola bilməyib. Xəstədə belə göstəriş olduqda mikroskopik varikoselektomiya əməliyyatı icra edilməklə problem aradan qaldırılır.
 
 
B.Xalıqovun sözlərinə görə, müayinə zamanı bu xəstədə sol tərəfdə ciddi varikosel aşkar olunub və varikoselektomiya əməliyyatının icrasına qərar verilib. Artıq əməliyyat uğurla başa çatıb və xəstə özünü yaxşı hiss edir.
 
Dr.Bəhruz Xalıqovun çıxışını Sizə təqdim edirik.