İsmayıl Əfəndiyev Almaniyada kimyəvi təhlükəsizliyin qorunması sahəsində Azərbaycan təcrübəsindən danışıb
14.10.2022 09:31

12-13 oktyabr 2022-ci il tarixlərində Almaniya Federativ Respublikasının Bonn şəhərində Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə “Kimyəvi təhlükəsizliyin təmin edilməsində səhiyyə ilə bağlı prioritetlər” mövzusunda ekspertlərin görüşü keçirilib. Tədbirdə 36 ölkəni təmsil edən nümayəndələr iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, görüşdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev təmsil edib.

İki gün davam edən tədbirdə insan biomonitorinqinin təşkili və bu sahədə mövcud olan təcrübə, kimyəvi maddələrin sağlamlığa təsiri riskinin qiymətləndirilməsi, cəmiyyətin həssas qruplarının davamlı üzvi çirkləndiricilərdən qorunması, kəskin və xroniki intoksikasiyaların profilaktikası, zəhərlənmə mərkəzlərinin potensialının gücləndirilməsi və digər aktual məsələlər müzakirə olunub.

Həmçinin tədbir çərçivəsində iştirakçılar üçün "İnsan biomonitorinqinin əsasları" təlim kursu keçirilib.

 

Tədbirdə dosent İsmayıl Əfəndiyev kimyəvi təhlükəsizliyin qorunması sahəsində Azərbaycanın təcrübəsi haqqında geniş məruzə ilə çıxış edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib