Milli Məclisin Səhiyyə komitəsində ÜST-nin nümayəndələri ilə görüş keçirilib
13.10.2022 20:55

Oktyabrın 13-də Milli Məclisin Səhiyyə komitəsi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyəti ilə görüşüb.

 

Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq Azərbaycanda malyariya epidemiyası ilə mübarizədə əldə olunan nailiyyətlər barədə danışıb. Əhliman Əmiraslanov bu sahədə qəbul edilən dövlət proqramları, həmçinin vətəndaşların sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa qayğısı sayəsində Azərbaycan səhiyyəsində görülən tədbirlər, tibbin inkişafı üçün yaradılan imkanlar barədə qonaqlara məlumat verib.

 

Səhiyyə komitəsinin üzvləri Soltan Məmmədov və Sədaqət Vəliyeva Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə uğurlu əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə qonaqlara təşəkkür ediblər. Deputatlar Azərbaycan səhiyyəsində aparılan islahatlardan, dövlətin göstərdiyi böyük dəstəkdən danışaraq, səhiyyənin aktual məsələlərinə Azərbaycan parlamentinin də həssaslıqla yanaşdığını diqqətə çatdırıblar.

 

Ümumdünya Səhiyyə Təşkilatının Baş Qərargahının Qlobal Malyariya Proqramının Malyariyanın Eliminasiyası şöbəsinin müdiri Elxan Qasımov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda malyariyanın eliminasiyasının sertifikasiyası üzrə qiymətləndirmə missiyasının nümayəndə heyətinin rəhbəri Kis Karter, missiyanın üzvü Reza Məcidzadə ÜST tərəfindən Azərbaycanda malyariya xəstəliyinə yoluxmanın kəsilməsi üzrə aparılan sertifikatlaşdırma prosesi, görülən işlər barədə məlumat verib, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunmasını yüksək qiymətləndiriblər. Onlar bu sahədə epidemioloji və entomoloji vəziyyət üzərində daimi nəzarətin aparılması ilə bağlı fikirlərini bölüşüblər.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib