Bakıda əkizlərə hamilə olan qadının körpələrindən biri normal doğum, digəri keysəriyyə üsulu ilə dünyaya gəlib
12.10.2022 09:23

Baku Medical Plazada əkizlərə hamilə olan qadının körpələrindən biri normal doğum, digəri isə keysəriyyə üsulu ilə dünyaya gəlib.

 

Aztibb.az xəbər verir ki, bu barədə uzman ginekoloq Nərmin Qəribova məlumat verib. 

 

"Mənim təcrübəmdə ilk, lakin tibbdə baş verməsi mümkün ola biləcək bir halla qarşılaşdıq. Əkizlərdən biri normal doğum, digəri isə keysəriyyə yolu ilə doğuldu", - deyə N.Qəribova bildirib. 

Həkim qeyd edib ki, əkizlərdən biri baş gəlişi, digəri isə köndələn durduğu üçün keysəriyyə hamiləliyin 37-ci həftəsindən sonraya planlanıb.

 

N.Qəribovanın sözlərinə görə, hamiləliyinin 36 həftə 4 günlüyündə sancının başlaması ilə xəstəxanaya gələn qadının körpələrindən birinin başı doğum kanalında göründüyündən normal doğum icra olunub. Diğəri isə dönməməkdə inad etdiyi və ürək döyüntülərində distress başladığı üçün təcili keysəriyyə əməliyyatı həyata keçirilib. 3200 qr və 3400 qr çəkidə iki oğlan uşağı dünyaya gəlib. 

Hər iki körpə anası ilə sağ-salamat evə yola salınıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib