ATU-nun I Müalicə-profilaktika fakültəsində seçkilər keçirilib
11.10.2022 21:31

Oktyabrın 10-da ATU-nun I Müalicə-profilaktika fakültəsinin genişləndirilmiş ümumi iclasında universitetin Böyük Elmi Şurasına və Fakültə Elmi Şurasına seçkilər keçirilib.

 

Tədbirdə ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək tədris prosesində nizam-intizama riayət etməyin vacibliyinə toxunub. Prorektor qeyd edib ki, bu tədris ilindən etibarən Elm və Təhsil Nazirliyinin təlimatına əsasən universitetdə yeni qaydalar tətbiq olunacaq.

 

Onun sözlərinə görə, bu il qəbul olunan xarici tələbələrin say çoxluğunu nəzərə alaraq, ingilisdilli bölmələrə və ingiliscə dərs deyən müəllimlərə tələbat da artıb. Bu nöqteyi-nəzərdən hər kafedrada bir neçə müəllimin ingilis dili hazırlığına xüsusi fikir verilməlidir.

 

"Klinik kafedraların bəzi müəllimlərinin özəl klinikalara getməsi haqqında məlumatlar var. Belə müəllimlər barəsində müvafiq tədbirlər görüləcək. Eləcə də yeni qaydalara görə bəzi kafedralarda birləşmələr və ixtisarlar olsa da, universitet rəhbərliyi imkan daxilində təcrübəli müəllim heyətini saxlamağa çalışıb”.

 

Professor S.Əliyev yeni tədris ilində tədris-metodik, elmi-tədqiqat işləri,eləcə də universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında da toplantı iştirakçılarına geniş məlumat verib. Alim bildirib ki, kafedra müdirləri, həmçinin universitetin hər bir əməkdaşı müasir dövrün tələblərinə uyğunlaşmalı və üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməlidir.

 

Sonra çıxış edən universitetin elmi katibi, professor Nazim Pənahov yeni qaydalar barədə məlumat verib. O, ATU-nun Böyük Elmi Şurasına və Fakültə Elmi Şurasına üzvlük üçün beş illik müddətin başa çatdığını və bu tədris ilində yeni tərkibin müəyyənləşməli olduğunu bildirib.

 

Daha sonra hər iki şuraya gizli səsvermə keçirilib.

Toplantı iştirakçıları tərəfindən yaradılan hesablama komissiyası səsvermənin nəticələrini elan edib. Nəticələrə əsasən, 18 kafedranı özündə birləşdirən I Müalicə-profilaktika fakültəsindən 12 nəfər ATU-nun Böyük Elmi Şurasının, 41 nəfər isə Fakültə Elmi Şurasının tərkibinə seçilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib