Terapevt Elvina Mansurzadə - Həkimlərimizi tanıyaq!
11.10.2022 17:08
Aztibb.az “Həkimlərimizi tanıyaq!” rubrikasında xoş xasiyyəti və diqqəti ilə pasiyentlərin rəğbətini qazanmış Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri, terapevt Elvina Mansurzadə haqqında məlumatları təqdim edir.
 
Elvina Mansurzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2006-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində oxuyub. 2007-ci ildə Sumqayıt şəhər 1 nömrəli xəstəxanada həkim-terapevt ixtisası üzrə internatura keçib.
 
O, 2008-2010-cu illərdə Sumqayıt şəhər 1 nömrəli xəstəxananın Qanköçürmə şöbəsinin müdiri vəzifəsində çalışıb. 2010-2019-cu illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim-terapevt işləyib. 2020-2021-ci illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Qəbul şöbəsinin müdiri olub.
 
Elvina Mansurzad 2022-ci ilin yanvar ayından isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Həkim bir çox beynəlxalq və yerli elmi-praktik konfransların, seminarların iştirakçısı olub. O, 2022-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi "Təcili tibbi yardım şöbəsinin idarə olunması" kursunda iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub