"Tibbi avadanlıqların idarəedilməsi" mövzusunda təlim keçirilib
11.10.2022 11:15

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlığı çərçivəsində təşkil olunan tibbi avadanlıqların idarəolunması üzrə missiya davam edir.

 

Aztibb.az ÜST-nin Azərbaycan nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari və ÜST-nin mütəxəssisi Tural Qulu TƏBİB əməkdaşları ilə görüşüb və tibb müəssisələrində aparılan qiymətləndirmələrlə bağlı onları məlumatlandırıb. Görüşdə tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verilib, qısa və uzunmüddətli perspektivdə görüləcək işlər müzakirə olunub.

 

Missiya çərçivəsində xəstəxanaların biotibbi mütəxəssisləri üçün "Tibbi avadanlıqların idarəedilməsi" mövzusunda təlim təşkil edilib. Yeni Klinikada təşkil olunan təlimdə 12 tibb müəssisəsindən 25 biotibbi mütəxəssis iştirak edib. ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı tərəfindən verilən təlimdə tibbi avadanlıqların idarə edilməsi, tibbi cihazın etibarlılıq dövrü və saxlanması, oksigen təchizatı və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyə planları mövzuları əhatə olunub. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib