ATU Avrasiya Universitetlərinin beynəlxalq reytinqində qalib olub
11.10.2022 11:45

Avrasiya Universitetləri arasında keçirilən “IAAR EUR -2022” reytinqinə yekun vurulub. Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) keçirdiyi ekspert qiymətləndirməsinin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti qaliblərdən biri olub, İİAR-ın Avrasiya tibb universitetləri arasında ilk üçlükdə yer alıb. ATU rəsmi olaraq Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi yüksək akademik nailiyyətləri və IAAR reytinq araşdırmalarının aparılmasına qatılaraq, qətiyyətli dəstək nümayiş etdirdiyinə görə Azərbaycan Tibb Universiteti “İAAR Avrasiya Tibb Universiteti” mükafatına layiq görülüb.

 

Aztibb.az xəbər verir ki, beynəlxalq reytinqin nəticələrini əks etdirən sertifikat və mükafat Almatıda keçirilən VI Mərkəzi Asiya Beynəlxalq Forumunda Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyliyə təqdim olunub.

 

Qeyd edək ki, “IAAR EUR” reytinq araşdırması zamanı universitetdə təhsilin keyfiyyəti, elmi potensialı, beynəlxalq aləmdə tanınması və  akademik nüfuzu dəyərləndirilir. Ali təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin hərtərəfli araşdırılmasına yönəlmiş “IAAR EUR" beynəlxalq reytinqi beynəlxalq metodoloji standartlar əsasında aparılır və universitetlərin qlobal təhsil və dünya tədqiqat məkanına inteqrasiyasını təşviq edir.

 

Beynəlxalq reytinq rəqəmsal texnologiyalar əsasında Webometrics elementləri ilə formalaşır ki, bu da qiymətləndirmədə subyektiv yanaşmaların olmasına imkan vermir.  Araşdırma zamanı təhsil müəssisəsinin işində şəffaflıq, obyektivlik, məlumat mənbələrinin əlçatan olmasına xüsusi diqqət yetirilir. Araşdırmanın metodologiyası IREG (Akademik Reytinq və Mükəmməllik Rəsədxanası) beynəlxalq auditinin nəticələrinə əsasən beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib.

 

Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin tədris proqramları bu ilin əvvəlində Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçib. Bu, ATU-nun beynəlxalq nüfuzunun artmasının göstəricisi olmaqla yanaşı, məzunların diplomlarının xarici ölkələr tərəfindən tanınması və onların nüfuzlu tibb müəssisələrində iş tapması baxımından irəliyə doğru böyük bir addımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub