"Acıbadem" Xəstəxanalar Qrupu “Meqa Həyat Sığorta" şirkəti ilə əməkdaşlıq edəcək  
10.10.2022 10:46

Dünyanın ən böyük özəl səhiyyə təminatçılarından biri “Acıbadem” Xəstəxanalar Qrupu ilə Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkəti olan “Meqa Həyat Sığorta" ASC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Bakıda keçirilən tədbirdə hər iki tərəfdən olan nümayəndələr – “Acıbadem” Xəstəxanalar Qrupu Beynəlxalq layihələrin inkişafı və əməliyyatlar direktoru Murat Pekmezoğlu, “Meqa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Uğur İbrahimli iştirak ediblər.

 

Tədbirdə hər iki tərəfin nümayəndələri çıxış edərək işgüzar münasibətlərin inkişafından və daha da sıx əməkdaşlıq üçün qarşıda duran vəzifələrdən danışıblar.

 

Daha sonra qonaqlara “Acıbadem” Xəstəxanalar Qrupunun “Meqa Həyat Sığorta" ilə birgə təqdim etdiyi “Health Point” sadiqlik kartı layihəsi barədə məlumat verilib.

 

Sözügedən layihə çərçivəsində sığorta şirkətinin müştəriləri onlara təqdim olunan “Health Point” kart vasitəsilə imtiyazlar əldə edir. Ortaq əməkdaşlıq çərçivəsində “Health Point” kartları müştərinin yazılı razılığı əsasında təqdim olunacaq və kartlara görə heç bir əlavə ödəniş tələb edilməyəcək.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub