Səhiyyə işçiləri Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər
09.10.2022 07:40

Gürcüstanın Tbilisi şəhərində “COVID-19: Qazanılmış təcrübə” adlı beynəlxalq konfrans keçirilib.

 

Konfransda TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, İxtisaslı tibbi yardım xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, Sığorta fəaliyyətinin təşkilinə nəzarət şöbəsinin müdiri Qasım Əmrahlı, Bakı Baş Səhiyyə Mərkəzinin İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova və digər şəxslər iştirak ediblər.

 

Beynəlxalq tədbir Avropa İttifaqı ilə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Konfrans çərçivəsində qanunvericilik məsələləri, diaqnostika və nəzarət, bioloji tullantıların idarə edilməsi, ictimai səhiyyə sahəsində effektiv kommunikasiya, sanitar nəzarət və risklərin idarəolunması, biotəhlükəsizlik istiqamətində müzakirələr aparılıb.

 

TƏBİB təmsilçisi Qasım Əmrahlı “COVID-19 pandemiyası zamanı ictimai səhiyyə və effektiv kommunikasiya” mövzusunda ölkəmizin təcrübəsi və əldə etdiyi uğurlu nəticələr barədə təqdimatla çıxış edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib