Müharibə veteranları və şəhid ailələri üçün ödənişsiz tibbi aksiya keçirilib
08.10.2022 19:40

Oktyabrın 8-də Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının və “Facharzt”ın təşəbbüsü, Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə peşəsi müəllim olan müharibə veteranları və şəhid ailələrinin üzvləri üçün ödənişsiz aksiya təşkil olunub.

 

Oftalmoloq, otorinolorinqoloq, baş-boyun cərrahı, damar cərrahı, travmatoloq-ortoped, uroloq, terapevt, stomatoloq ixtisası üzrə Almaniyadan gələn bir qrup azərbaycanlı həkim heyəti, nevroloq, ginekoloq, pediatr, şüa diaqnostikası üzrə Sağlam Ailə Tibb Mərkəzinin həkimləri tərəfindən ödənişsiz müayinələr aparılıb. Gün ərzində həssas təbəqədən olan vətəndaşlara 504 adda xidmət göstərilib. Vətəndaşlar həkim təyinatlarına əsasən laborator müayinələrdən də ödənişsiz şəkildə keçiblər.

 

Müayinələrin nəticələrindən asılı olaraq xəstəlik aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib. Həmçinin sonrakı mərhələdə zərurət olduqda isə cərrahi əməliyyatlar həyata keçiriləcək.
Vətən müharibəsi şəhidi Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva, qazi Vahid Baxşəliyev aksiyaya görə təşkilatçılara minnətdarlığını bildirib, göstərilən xidmətlərdən, o cümlədən dövlətin şəhid ailələri və qazilərə qayğıkeş münasibətindən razılıqlarını ifadə ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub