Böyüklərdə və uşaqlarda böyrək xəstəliklərinin FƏRQİ  
07.10.2022 15:33
Uşaqlarda böyrək xəstəlikləri özünü böyükdəkilərdən fərqli göstərir. Əgər böyüklərdə kliniki mənzərədən xəstəlikdən daha tez şübhə yaranırsa, uşaqlarda bu daha çox soyuqdəymə əlamətlərini xatırladır.
 
Aztibb.az xəbər verir ki, bu barədə təcrübəli həkim-radioloq Şəbnəm Topbaştekin paylaşım edib.
 
Həkim bildirib ki, valideynlər xüsusilə 3 yaşa qədər uşaqlarda böyrəklərin sağlamlığına diqqət yetirilməlidirlər. Əgər valideynlərdə və ya ailədə böyrək xəstəlikləri olubsa, uşaqlar mütləq vaxtaşırı müayinələrdən keçməlidirlər. Bu, vaxtından əvvəl müdaxilə etməyə və ağırlaşmaların qarşısını almağa kömək edəcək.
 
Şəbnəm Topbaştekin uşaqlarda böyrək xəstəliklərini böyüklərdəkilərdən fərqləndirən əlamətləri də açıqlayıb. Onun sözlərinə görə, bədən temperatunun yüksəlməsi, sidiyi saxlaya bilməmək və ya sidiyə çıxa bilməmək, üzdə və gözaltında ödemin olması (xüsusilə səhər), sidiyə çıxan zaman ağrının olması, ürəkbulanma və qusma, davamlı susuzluq hissi və ağızda quruluq, sidik rənginin tündləşməsi və  sidikdə iltihabi lopaların olması böyrək xəstəliklərinin ilkin əlamətləridir.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub