"Həkimlərimizi tanıyaq!" - Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-ginekoloqu Nigar Məmmədova
07.10.2022 09:49
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-ginekoloqu Nigar Məmmədovanı təqdim edirik.
N.Məmmədova Mərkəzi Gömrük Hospitalında normal və patoloji hamiləliyin təqibi, sonsuzluğun konservativ müalicəsi, ginekoloji xəstəliklərin müalicəsi, HPV müayinəsi, kolposkopiya, riskli hamiləliklərin təqibini həyata keçirir. Həmçinin, Nigar həkim vahid və funksional tibb həkimi kimi fəaliyyət göstərir.
N.Məmmədova 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2007-2008-ci illərdə Ş.Ələsgərova adına 5 saylı Doğum Evində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təhsili almışdır. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ginekologiya ixtisası üzrə kurs keçmişdir. Əmək fəaliyyətinə 2010-2022-ci illərdə Azərbaycanın dövlət tibb müəssisəsində mama-ginekoloq kimi başlayıb. O, 2022-ci ilin iyun ayından etibarən Mərkəzi Gömrük Hospitalında çalışır.
Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Dr. Nigar Məmmədova Azərbaycanda və xarici ölkələrdə təşkil olunmuş müxtəlif yerli ve beynəlxalq elmi-praktik konfranslarda iştirak edir. O, 2014-cü ildə Türkiyə-Almaniya Ginekoloji Təhsil və Araşdırma Fondunun təşkilatçılığı ilə keçirilən “X Türkiyə-Almaniya Ginekoloji konqresində, 2021-ci ildə Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Qadın hormonunda düzənsizlik və hormon yerinə qoyma müalicəsi” kursunda, həmin ildə Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Detoksifikasiya və neyro-koqnitiv problemlər” kursunda, 2022-ci ildə Türkiyə Funksional Tibb Akademiyasının təşkilatçılığı ilə “Tiroid, kişi hormonları və stresin idarəedilməsi” kursunda və Türkiyə Vahid Tibb məktəbinin təşkilatçılığı ilə “Tətbiqi vahid tibb məktəbi” proqramında iştirak edib.
Nigar Məmmədovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

