Mərkəzi Gömrük Hospitalında Perfuzion MRT müayinəsi tətbiq olunur
06.10.2022 10:02

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində Perfuzion MRT müayinəsi tətbiq olunur. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov Perfuzion MRT müayinəsi barədə ətraflı məlumat verib.

 

Perfuzion MRT-beyin qan axınını ölçmək üçün istifadə edilən ən qabaqcıl və ən yeni radiolojik görüntüləmə metodudur. Bu müayinə metod tıxanmış beyin damarlarını açmaq üçün müalicəyə ehtiyacı olan insult xəstələrinin diaqnostikasında mühüm rol oynayır. Bundan əlavə, Perfuzion MRT görüntüləmələrində beyin şişlərinin dərəcəsini və xərçəng xəstələrində kimyaterapiya və radioterapiya müalicələrindən sonra təkrarlanma ehtimalını araşdırmaq üçün həyata keçirilən ən vacib görüntüləmə üsullarından biridir. Beyində qan axınının səviyyəsini təyin etmək və eyni zamanda qan-damar strukturlarını araşdırmaq üçün istifadə olunan bir metoddur.

 

Perfuzion MRT damar daxili kontrast maddənin verilərək çəkilən çox asan və praktik görüntüləmə üsüludur. Kontrast maddə damarlarda sürətlə irəlilədikcə lazım olan görüntülər dərhal kompüterlərdə əks olunmağa başlayır. Bu üsul vasitəsi ilə beyinə gedən qanın axım sürəti və həcmi hesablanır və görüntülər əldə edilir. Əldə edilən görüntülər xüsusi kompüter proqramı ilə təkrar işlənilir, radioloq həkim tərəfindən ortaya çıxan görüntülər araşdırılır, erkən diaqnoz və ya müalicə üsulları tapılır. Perfuzion MRT qısa müddətli bir prosedur olub, çox sürətli və praktik görüntülər əldə edilir. Bu müayinə zamanı xəstə heç bir ağrı hiss etmir.

 
Perfuzion MRT xüsusi çəkiliş olduğu üçün təcrübəli mütəxəssis tərəfindən tam təşəkküllü səhiyyə müəssisələrində çəkilməlidir. Xəstəliklərin diaqnostikası və müalicəsinin başlanması üçün vacib olduğundan görüntülər aydın şəkildə alınmalıdır. Keyfiyyətli cihazlarla yaxşı görüntülər alınacağı üçün təcrübəli mütəxəssislərin istifadə etdiyi cihazlara üstünlük verilməlidir.

 

Bu gün inkişaf edən texnologiya ilə Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsi müasir cihazlardan istifadə edərək keyfiyyətli xidmət göstərmək və tibbin ən qabaqcıl yeniliklərini tətbiq etmək üçün çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub